“Qarabağ” “Sabah”ı darmadağın etdibackend

“Qarabağ” “Sabah”ı darmadağın etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda koronavirus pandemiyasına görə yaranmış futbol həsrəti başa çatıb.

Editor.az  goal.az-a istinadən xəbər verir ki,bu gün “Qarabağ”la “Sabah” yoxlama görüşündə üz-üzə gəliblər.

92 günlük həsrət “Bank Respublika Arena”da bitib. Ağdam klubunun üstünlüyü şəraitində keçən bu oyun qonaqların qələbəsiylə başa çatıb.

Qeyd edək ki, iyunun 14-də ikinci yoxlama matçı çərçivəsində “Qarabağ” “Səbail”lə, “Sabah” isə “Zirə” ilə üz-üzə gəlməyi planlaşdırır.

Azərbaycan Premyer Liqasında 2019/20 mövsümü iyunun 21-də qaldığı yerdən davam etdiriləcək.

Yoxlama oyunu

9 iyun

“Sabah” – “Qarabağ” 0:5

Qol: Mahir Emreli, 3; 65. Xayme Romero, 14. Filip Ozobiç, 37. Ovusu Kvabena, 90+1.

Qırmızı vərəqə: Mario Marina (“Sabah”).