“Qarabağ” “Sürix”i məğlub etdibackend

“Qarabağ” “Sürix”i məğlub etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasında növbəti oyununu keçirib.

Ağdam təmsilçisi II təsnifat mərhələsinin ilk görüşündə Bakıda İsveçrə “Sürix”i qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşmada “Qarabağ” rəqibini 3:2 hesabı ilə məğlub edib.

Qeyd edək ki, “Qarabağ” I təsnifat mərhələsində Polşa “Lex”ini mübarizədən kənarlaşdırıb – 0:1; 5:1. “Sürix” isə avrokuboklarda mübarizəyə bu mərhələdən başlayacaq.

Xatırladaq ki, bu komandalar arasında cavab oyunu iyulun 27-də keçiriləcək.  “Qarabağ” “Sürix” səthini keçərsə, Çempionlar Liqasının III təsnifat mərhələsində “Ferentsvaroş” (Macarıstan) / “Slovan” (Bratislava, Slovakiya) cütünün qalibi ilə üz-üzə gələcək. Əks halda, Azərbaycan təmsilçisi Avropa Liqasının eyni raundunda “Linfild” (Şimali İrlandiya) – “Budyo Qlimt” (Norveç) cütünün məğlub komandası ilə görüşəcək.

UEFA Çempionlar Liqası
II təsnifat mərhələsi
İlk oyun

19 iyul

20:00. “Qarabağ” (Azərbaycan) – “Sürix” (İsveçrə) 3:2

Qollar: Kadi, 17, Vadji, 36, 66 – Kamberi, 65, Kryeziu, 85

“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 7. Riçard Almeyda, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 19. Filip Ozobiç, 20. Kadi Borges, 25. İbrahima Vadji, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina

Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 11. Ovusu Kvabena, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev

Baş məşqçi: Qurban Qurbanov

“Sürix”: 25. Yanik Brexer 2. Lindrit Kamberi 3. Adrian Gerrero, 6. Fidan Aliti, 10. Antonio Markesano, 16. Mark Hornşux, 19. Nikola Boraniyaşeviç, 21. Blerim Cemayli, 22. Vilfred Qnonto, 23. Fabian Roner, 31. Mirlind Kryeziu

Ehtiyat oyunçular: 1. Jivko Kostadinoviç, 34. De Nitti, 7. Bledian Krasniqi, 8. Ole Selnes, 9. İvan Santini, 11. Jonatan Okita, 15, Ayequn Tosin, 17. Şeyk Konde, 28. Karol Mets, 33. Ştefan Zayler, 35, İlan Sauter, 39. Akakiy Qogia

Baş məşqçi: Franko Foda

Baş hakim: Irfan Pelto (Bosniya və Herseqovina)
Tofiq Bəhramov adına Respublika stadionu.