“Qarabağ” tarix yazdı!backend

“Qarabağ” tarix yazdı!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ” tarixində ilk dəfə UEFA Avropa Liqasında pley-offa yüksəlib.

Qurban Qurbanovun baş məşqçilik etdiyi komanda turnirin qrup mərhələsinin VI turunda Bakıda İsveçin “Hakken” klubu ilə üz-üzə gəlib.

Rəqibini 2:1 hesabı ilə məğlub edən Azərbaycan təmsilçisi növbəti raunda visəqə qazanıb. “Köhlən atlar”ın heyətində 1-ci dəqiqədə Leandro Andrade, 45+3-cü dəqiqədə Yassin Benzia fərqlənib.

H qrupunun digər matçında “Bayer 04” Almaniyada Norveçin “Molde” kollektivini darmadağın edib – 5:1.

Avropa Liqasında pley-off mərhələsinin püşkü dekabrın 18-də atılacaq.

14 dekabr

UEFA Avropa Liqası

21:45.”Qarabağ” (Azərbaycan) – “Hekken” (İsveç) – 2:1

Qol: Leandro Andrade, 1, Yassin Benzia, 45+4

Qırmızı vərəqə: Marko Veşoviç, 56 (“Qarabağ”)

Baş hakim: Yucin Caya (Albaniya)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

21:45.”Bayer” (Almaniya) – “Molde” (Norveç) – 5:1 (İkinci hissə)

Qol: Şik, 7, Tapsoba, 22, Ellinqsen, 26, Hlozek, 60, 70 – Kitalano, 76 (5:1)

N Klublar O Q H M T-F X
1 Bayer 5 5 0 0 14-2 15
2 Qarabağ 5 2 1 2 5-8 7
3 Molde 5 2 1 2 11-7 7
4 Hekken 5 0 0 5 2-15 0

23:39

Təbriklər “Qarabağ”!  Azərbaycan futbol tarixində ilk dəfə qrup mərhələsini adlayan klub oldu.