“Qarabağ Universitetinin tabeliyində peşə məktəbinin yaradılması ilə bağlı müzakirələr gedir”.
Editor.az Baku TV-yə istinadən xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Həsən Həsənli jurnalistlərə açıqlamasında deyib.
İşğaldan azad olunmuş ərazilərdə böyük quruculuq işlərinin aparıldığını vurğulayan nazir əlavə edib:
“Əhalinin işğaldan azad edilmiş ərazilərə qayıdışı mərhələli şəkildə olduğuna görə saylar artdıqca peşə təmayüllü siniflərin təşkilinə də diqqət yetiriləcək”.

