Qarabağ və Şərqi Zəngəzurda tikinti-quruculuq işləri: “Torpaqlarımızı qısa zamanda cənnətə çevirəcəyik”backend

Qarabağ və Şərqi Zəngəzurda tikinti-quruculuq işləri: “Torpaqlarımızı qısa zamanda cənnətə çevirəcəyik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ və Şərqi Zəngəzurda görülən tikinti-quruculuq işləri bütün dünyaya sübut edir ki, Azərbaycan necə qüdrətli və güclü dövlətdir. 30 ilə yaxın müddətdə ermənilər tərəfindən viran qoyulan torpaqlarımızı qısa zaman kəsiyində cənnətə çevirəcəyik”.

Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Millət vəkili bildirib ki, Prezident İlham Əliyevin qətiyyəti və düzgün planlaşdırılmış daxili, xarici siyasəti nəticəsində işğaldan azad olunmuş torpaqlarımıza köç başlayıb. Onun sözlərinə görə proses davam edir:

“Prezident İlham Əliyev növbəti müjdəli xəbəri də verdi. Yaxın vaxtlarda Laçın şəhərinin sakinləri də öz yurd yuvalarına qayıda biləcəklər. Müharibədən sonrakı dövrdə Azərbaycan iqtisadi cəhətdən elə bir siyasət yürüdür ki, hazırda regionda baş verən qarışıq proseslər içərisində ölkəmiz inkişaf etməkdə davam edir. Prezident İlham Əliyevin Salyan şəhərində Azərbaycan Televiziyasına verdiyi müsahibədə bildirdiyi kimi cari ilin 3 ayında əldə edilmiş nailiyyətlər imkan verir ki, büdcəyə əlavələr olunsun. Vergi Xidməti xətti ilə üç ay ərzində proqnozdan 1,1 milyard manat çox vəsait toplanıb. Gömrük sektorunda isə proqnozdan əlavə toplanan vəsait 400 milyon manatdan çoxdur. Təkcə 3 ay ərzində proqnozdan əlavə 1,5 milyard manat vəsait yığılıb. Əlbəttə bütün bunlar bizə imkan yaradır ki, həm işğaldan azad olunmuş torpaqlarda, həm də digər şəhər və rayonlarda bütün planlaşdırılmış işlər öz xətti ilə davam etdirilsin. Qarabağ və Şərqi Zəngəzur isə prioritet olaraq qalacaq. Təsadüfi deyil ki, Prezidentin də bildirdiyi kimi büdcəyə əlavə olunan təxminən 3 milyard manatın əsas hissəsi Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasında istifadə ediləcək. İkinci pillədə isə bizim hərbi xərclərimiz dayanır. Ermənistanın həmişəki kimi ikili oyun oynaması, sözünün ağası olmaması bizi vadar edir ki, hər məsələdə hazır olaq. Həqiqətən də bu gün Azərbaycan Ordusu olduqca güclüdür. Bugünkü Azərbaycan Ordusu  2020-ci ildə Zəfər çalmış həmin Azərbaycan Ordusundan da qat-qat güclüdür. Bu isə bizə imkan verir ki, Ali Baş Komandanın rəhbərliyi ilə vətənimizə qarşı olunan bütün təhdidlərə layiqli cavab verə bilək”.

//Gülnarə Abasova, Editor.az