“Qarabağ” yatağının yuxarı modulunun dizaynı hazırlanırbackend

“Qarabağ” yatağının yuxarı modulunun dizaynı hazırlanır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ” yatağının yuxarı modulunun dizaynı hazırlanır.

Editor.az Trend-ə istinadən bildirir ki, bunu “Karabakh Operating Company” şirkətinin baş direktoru Tahir Dadaşov Bakı Dərin Özüllər Zavodunda media-tur zamanı deyib.

O bildirib ki, layihə üzrə işlər “Wood Group” şirkəti tərəfindən həyata keçirilir:

“İşlər tam sürətlə davam edir. Mühəndis mərhələləri başa çatdıqdan sonra dayaq blokunun tikintisi başlayacaq. Mühəndis işlərinin bir hissəsi artıq başa çatıb”.

O, həmçinin qeyd edib ki, “Qarabağ” yatağının dayaq blokunda neft hasilatı 2022-ci ilin sonunadək başlayacaq.