“Qarabağa”a nifrətin çirkin səbəbi varbackend

“Qarabağa”a nifrətin çirkin səbəbi var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Matçda UEFA-nın bir sıra qaydaları aşkar, nümayişkaranə və çox kobud şəkildə pozulub.

Belə ki, UEFA qaydalarına görə, matçda bilavasitə iştirak etməyən ölkələrin və təşkilatların simvollarının tribunalarda nümayiş etdirilməsi qəti qadağandır.

Dünənki matçda Ermənistan bayraqlarının yellənməsi, erməni azarkeşlərinin aqressiv və ekstremist davranışı mütləq şəkildə UEFA tərəfindən ən ciddi şəkildə araşdırılmalıdır.

Çünki yaşananlar ermənilərin adi, sıradan bir demarşı, meydandakı “Qarabağ” futbolçularını təxribata çəkmək və onları cavab addımlara sövq etmək istəyi deyildi.

Tribunalardakı ermənilərin bannerləri, bağırtıları, Azərbaycana ünvanlanmış təhqirlər həm də Fransanın daxili siyasi arenasına messiclərdir.

Fransadakı erməni diasporu bu minvalla ölkə siyasətçilərinə, xüsusilə də prezidentliyə namizədlərə xitabən “Biz zəif qüvvə deyilik, unutmayın!” xəbərdarlığını yollayırlar.

Aprelin 10-da prezident seçkilərinə qatılacaq prezident Emmanuel Makron, trotskiçi “Fəhlə Mübarizəsi” Partiyasının sədri Natali Arto, Xalq Respublika İttifaqının lideri Fransua Asselino, “Qalx, Fransa!” Milli Mühafizəkar Partiyanın sədri Nikolya Düpon-Enyan, “yaşıl” Yannik Jado, Paris meri Ann İdalqo, “Müqavimət Göstərəcəyik!” Partiyasının rəhbəri Jan Lassal, şovinist Milli Birliyin lideri Marin Le Pen, İl de Frans regional Şurasının sədri Valeri Pekress, “Rekonkista” Partiyasını sədri və ultrasağçı millətçi Erik Zemmur, Fransa Kommunist Partiyasının lideri Fabyen Russel və “Ram Edilməmiş Fransa” Partiyasının sədri Jan-Lük Melanşon yerli erməni seçicilərin səslərini itirmək istəmirlər.

Məhz bu səbəbdən prezidentliyə namizədlər arasında Valeri Pekress, Ann İdalqo və Erik Zemmur aşkar şəkildə Ermənistanı dəstəkləyir, qarabağlı ermənilərin “kömək və yardımlara ehtiyac duymalarından” danışır, Xankəndiyə səfərlərini “zərurət” kimi qələmə verirlər.

Ermənilər bütün bu proseslərdə udan tərəfdirmi? Qətiyyən. Tarix boyu, həmişə və hər yerdə olduğu kimi onlar yenə də siyasi alver vasitəsi rolunu oynadıqlarını anlamırlar. Öz idiotik, debilizm səviyyəsindəki “tələb”lərini səsləndirən ermənilər, xüsusilə də Fransadakı erməni diasporu yenə də yerli siyasətçilər üçün ən yaxşı halda merkantil maraqların təminatı üçün vasitədir.

Sadəcə, vasitə.

Matçda “Qarabağ”a izhari-nifrətin kökündə də ermənilərlə onlardan yararlanmaq istəyənlərin məramları durur.

Bu isə Fransa siyasətinin ən iyrənc yönlərindən biridir.


Milli.Az