Qarabağa Böyük köç ləngiyirmi? -Politoloqdan ŞƏRH    backend

Qarabağa Böyük köç ləngiyirmi? –Politoloqdan ŞƏRH  

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

30 ilə yaxın ayrılıqdan sonra nəhayət Azərbaycanın işğaldan azad olunmuş ərazilərə Böyük köçün başlaması, vətəndaşlarımızın öz ata-baba torpaqlarına geri qayıtması prosesi olduqca sevindirici bir haldır.

Bununla yanaşı, yenə də səngimək bilməyən erməni təxribatları, imzalanan bəyanatın şərtlərinə düzgün əməl olunmaması vəziyyəti çətinləşdirən amillərdir.

Bu təxribatlar artdıqca müəyyən narahatlıq da yaranır ki, Qarabağa Böyük qayıdış ləngiyə bilərmi?

Mövzu ilə bağlı Editor.az-a açıqlama verən politoloq Elxan Şahinoğlu bildirib ki, erməni təxribatları azərbaycanlıların Qarabağa qayıdışını ləngitməyəcək:

“Böyük qayıdış addım-addım həyata keçirilir. Zəngilan ərazisi minalardan təmizləndikdən sonra köçürülmə başladı. Həmin ərazilərdə təhlükəsizlik tam təmin olunub.
Digər ərazilər də minalardan, işğalçılardan təmizləndikdən sonra Azərbaycan hərbiçiləri yerləşdiriləcək və köç həmin ərazilərdə də baş tutacaq. Ağdamda bizə mane olan yeganə amil minalardır. Hətta buna baxmayaraq Ağdamın özündə də tikinti işləri başlayıb. Həmçinin biz İkinci Qarabağ müharibəsi və “Qisas” əməliyyatından sonra separatçıların mühasirəsini daraltmışıq. Strateji yüksəkliklər əlimizdədir. Təxribat həyata keçirildiyi halda on qat cavabını verəcəyik, bunu özləri də yaxşı anlayırlar. Laçın dəhlizi də nəzarətimizə keçəcək. Bu anti-terror əməliyyatları azərbaycanlıların Qarabağa qayıdışını ləngitməyəcək. Böyük qayıdış prosesi üçün əsas amillər minaların təmizlənməsi və tikinti işlərinin başa çatdırılmasıdır”.

//Safura Bənnayeva, Editor.az