Qarabağa qayıdan ermənilərin sayı açıqlanıbbackend

Qarabağa qayıdan ermənilərin sayı açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xankəndinə 30 mindən çox erməni qayıdıb.

Editor.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə naziri Sergey Şoyqu bildirib:

“Rusiya sülhməramlıları Qarabağda sülhün qorunması üçün nə lazımdırsa edir. Onların səyi nəticəsində artıq Stepanakertə (Xankəndi) 30 mindən çox sakin qayıdıb”.

Onun sözlərinə görə, sülhməramlıların münaqişə zonasına yerləşdirilməsi regionda vəziyyətin normallaşmasına səbəb olub.

“Üçtərəfli bəyanatın şərtləri qorunur. Qeyd edim ki, bizim hərbçilərimiz atəşkəsin qorunması üçün peşəkar şəkildə fəaliyyət göstərirlər”, – deyə nazir əlavə edib.

O həmçinin qeyd edib ki, sülhməramlıların iştirakı ilə Azərbaycan və Ermənistan arasında cəsədlərin dəyişdirilməsi davam edir.

 

Loading...