Qarabağa qayıdışa hazırlığın ƏSAS İSTİQAMƏTLƏRİ: “Bu tipli təlimlər ölkənin digər ucqar rayonları üçün də təşkil edilə bilər”backend

Qarabağa qayıdışa hazırlığın ƏSAS İSTİQAMƏTLƏRİ: “Bu tipli təlimlər ölkənin digər ucqar rayonları üçün də təşkil edilə bilər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağa qayıdışa hazırlığın əsas istiqamətlərindən biri də heç şübhəsiz ki, məcburi köçkünlərin sahibkarlıq və peşə bacarıqlarının inkişaf etdirilməsidir. Xüsusilə də nəzərə alsaq ki, bu bölgədə tamamilə yeni infrastruktur və müasir iqtisadi fəaliyyət növlərinin inkişafı nəzərdə tutulur, o zaman əhalinin bu tipli təlimlərə cəlb edilməsinin çox böyük əhəmiyyət daşıdığını qeyd edə bilərik”.

Bu sözləri Editor.az-a açıqlamasında iqtisadçı ekspert Elşən Bağırzadə deyib.

Ekspertin sözlərinə görə bu tipli repatriasiyaların ilk dövrlərində bölgəyə yerləşmiş əhalinin özünütəminat fəaliyyətləri əsas rol oynayır:

“Bu fəaliyyətlər üzrə əhalinin bacarıqlarının təlimlər yolu ilə inkişaf etdirilməsi zəruridir. Bu tipli fəaliyyətlərə ev təsərrüfatı çərçivəsində həyata keçirilən iqtisadi fəaliyyətlər, kiçik sənətkarlıq işləri, ustalıq və.s aid etmək olar. Bunlar elə fəaliyyətlərdir ki, bölgədə böyük iş yerləri ortaya çıxana qədər əhalinin özünütəminatına imkan yaradır. Qarabağda da maldarlıq, əkinçilik, baramaçılıq, şərabçılıq, misgərlik, ustalıq və.s kimi fəaliyyətlər ilk mərhələdə əsas məşğulluq sahələri qismində çıxış edə bilər. Şübhəsiz ki, məcburi köçkünlərin bu sahələr üzrə bacarıqlarının inkişaf etdirilməsi ilə yanaşı, onlara həmin fəaliyyətləri həyata keçirmək üçün mikrokreditlərin, maliyyə dəstəyinin verilməsi məsələsi də gündəmə gələcəkdir. Xüsusilə də ABAD modelinin bu istiqamətdə geniş tətbiqi düşünülə bilər. Bu tipli təlimlər ölkənin digər ucqar rayonları üçün də təşkil edilə bilər. Sadəcə belə təlimlər lokal şəraitə uyğun və məqsədyönlü olmalıdır.”

//Gülnarə Abasova, Editor.az