Qarabağda bir gündə 80 min erməni yoxa çıxdıbackend

Qarabağda bir gündə 80 min erməni yoxa çıxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xankəndində ermənilərin sayı erməni vicdanı kimidir: sözdə böyük, əməldə kiçik…

Ermənistan baş naziri Nikol Paşinyanın yaxın tərəfdarlarından hesab edilən deputat Vigen Xaçatryan sensasion açıqlaması ilə gündəm olub. Qarabağda cəmi 40 min erməninin yaşadığını bəyan edən hakim “Mülki Müqavilə” partiyasının deputatı separatçılarla Bakı arasında dialoqun zəruriliyini qeyd edib.

Halbuki erməni və eləcə də, Rusiya iddia edirdi ki, bölgədə 120 min erməni yaşayır. “Gərginlik Rusiya və Azərbaycanın maraqlarından irəli gəlir. Biz Stepanakertlə (Xankəndi) Bakı arasında birbaşa dialoqa keçməliyik”, – deyə Paşinyanın yaxın adamı bildirib. “Qarabağın 40 min qəzəbli sakini Ermənistana gələrək hakimiyyətin dəyişdirilməsini tələb etsələr, Rusiya Federasiyası üçün yaxşı olar. Qarabağ Azərbaycanla birbaşa dialoq aparmalıdır”, – hakim “Mülki Müqavilə” partiyasının deputatı Vigen Xaçatryan vurğulayıb.

Xankəndindəki terrorçu xuntanın faktiki rəhbəri, Kremlin yolladığı marionet olan Ruben Vardanyanın göstərişi ilə erməni mediası, habelə sosial şəbəkələrdəki ermənilər “Qarabağda indi 120 min erməni yaşayır” deyirlər.

V.Xaçatryanın səsləndirdiyi rəqəmi nəzərə alsaq, olmaya Qarabağda 80 min erməni bir gündə yoxa çıxıb?

Təbii ki, ermənilərin bəhs etdikləri rəqəmlərin istisnasız olaraq hamısı yalandır.

Rusiyanın sülhməramlı kontingentinin müvəqqəti nəzarət arealında hazırda yaşayan ermənilərin sayı təqribən 25 min nəfərdir.

Milli.az