Qarabağda ekoloqlara qarşı TƏXRİBAT HAZIRLANIB? – Rusiyanın bunlardan xəbəri var ki…backend

Qarabağda ekoloqlara qarşı TƏXRİBAT HAZIRLANIB? – Rusiyanın bunlardan xəbəri var ki…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hadisələr onu göstərir ki, sülhməramlılar özləri proseslərdən kənar olmaq istəyirlər, baş verənlərə müdaxilə etmək niyyətində deyillər. Sanki özlərini yaranmış gərginlikdən kənarlaşdırmaq istəyirlər. Bu da son nəticə etibarı ilə Azərbaycan tərəfindən monitorinq missiyasının yerinə yetirilməsi üçün əngəllər yaradır”.

Bunu “Cənubi Qafqaz” politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə deyib.

O bildirib ki, Rusiya hərbi kontingenti 2 ildir Qarabağda əsas vəzifəsini icra etmir:

“Əslində sülhməramlılar Azərbaycanın ekoloji monitorinq missiyasının fəaliyyəti üçün təhlükəsiz şərait təmin etməli idilər. Amma görünür bunu etmək istəmirlər, çünki separatçı rejimlə qarşı-qarşıya gəlmək istəmirlər. Bu da ondan xəbər verir ki, sülhməramlılar əslində separatçılarla əlbir şəraitdə fəaliyyət göstərirlər və yaxud da ki, daha çox separatçıların istəyi ilə hərəkət edirlər.

Bu, əlbəttə, yolverilməzdir. Sülhməramlılar regiona ona görə yerləşdirilməyib ki, onlar separatçıları qorusunlar. Onlar əslində separatçıları zərərsizləşdirməli idilər. Hər halda onlar qeyir-qanuni hərbi qoşunları zərərsizləşdirməli olsalar da, bu günə kimi bu vəzifəni icra etməyiblər. Əlbəttə ki, belə bir vəziyyətdə Azərbaycana məxsus hər hansı missiyanın fəaliyyəti təhlükə altına düşə bilər. Ona görə də Azərbaycan tərəfi bu missiyanı həyata keçirə bilmir.

Proseslərin ardıcıllığı deməyə əsas verir ki, bu vəziyyət çox davam edə bilməz. Azərbaycanın haqlı tələbləri yerinə yetirilməlidir. Bu məsələ danışıqlar prosesində yəqin ki, hər halda Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin müzakirəsi zamanı qaldırılır. Hazırda da iki ölkə arasında ciddi müzakirələr gedir. Düşünürəm ki, son nəticə etibarı ilə məsələ Azərbaycanın xeyirinə bitməlidir. Çünki əks halda sülhməramlılar Azərbaycanla üz-üzə qalacaqlar və regionda daha gərgin siyasi və hərbi-siyasi vəziyyət yaranacaq. Bu da daha çox Rusiyanın xeyirinə deyil. Əlbəttə ki, Azərbaycan da bunu istəmir”.

//milli.az