Qarabağda gərgin vəziyyət: “Vardanyan Artunyandan qisas alır”- Hərbi ekspertdən AÇIQLAMAbackend

Qarabağda gərgin vəziyyət: “Vardanyan Artunyandan qisas alır”- Hərbi ekspertdən AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“BMT TŞ-nın iclasından sonrakı mərhələdə Qarabağda separatçı rejimin rəhbərləri arasında ciddi fikir ayrılıqları yaranıb. Qarabağın erməni icmasına verdikləri vədləri yerinə yetirə bilmədikləri üçün çox böyük narazılıqlar var. Bunun da öncüllüyünü Ruben Vardanyan üstlənmək istəyir”.

Bunu Editor.az-a hərbi ekspert Elxan Şıxəliyev erməni Teleqram kanallarında Xankəndidəki separatçıların başçısı Araik Arutyunyanın “istefaya gedəcəyi” ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, R.Vardanyanın bölgəyə gətirilməsinin səbəbləri məlumdur:

“Buna görə də yad ünsür olaraq onları tövsf etdik, bununla da Qarabağdakı separatçı rejim onu dövlət naziri vəzifəsindən uzaqlaşdırdı. Ruben Vardanyan da indiki vəziyyətdə Arayik Artunyandan qisas almağa çalışır və onun yerinə gəlmək istəyir. Son günlərdə Arayik Artunyan güc strukturlarının rəhbərləri , ictimai təşkilatların rəhbərləri ilə bir neçə görüş keçirib, fikir ayrılıqlarını aradan qaldıra bilmirlər. Mövcud vəziyyətdə əhalinin bu “öhdəlikləri” yerinə yetirəcək liderlərə ehtiyacı var. R.Vardanyan da bu vəzifəni ələ keçirməyə çalışır. Bir neçə müsahibəsində də Artunyanı ciddi ittiham edib. Özünün Azərbaycanla danışıqlara getməsinin mümkünlüyünü də səsləndirib. Artunyan bizim üçün qəbuledilməz fiqurdur. Bu danışıqları nə Vardanyanlar, nə də Artunyanlar apara bilər. Qarabağın erməni icması reinteqrasiyada maraqlı olan şəxsləri önə çıxardandan sonra danışıqlar başlayacaq “.

Ekspertin fikrincə, Arayikin istefaya getməsi gözləniləndir:

“Vardanyanın da bu və ya digər formada bölgədən çıxarılmasına çalışacaqlar. Gərgin bir vəziyyət hökm sürür. Parçalanmalar Azərbaycanın istəklərinə uyğundur. Keçmiş hərbiçilərdən, güc strukturlarının nümayəndələrindən mülki təşkilatlar yaradıblar. Bunlar əslində Arayik Artunyanı dəstəkləyirdilər. Onun da sədri paylaşdığı videomüraciətində “liderlər”in ortaq qərara gəlməməsi halında iğtişaş yaranacağı ilə bağlı fikirlər səsləndirib. Bu da üçüncü bir şəxsdir. Buzlar əriməyə başlayır. Yaxın bir həftə ərzində separatçı rejimdən fərqli təkliflər ala bilərik “.

//Safura Bənnayeva, Editor.az