“Qarabağda meşələrin qırılması ekoloji böhranı dərinləşdirir”-ŞƏRHbackend

“Qarabağda meşələrin qırılması ekoloji böhranı dərinləşdirir”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağdakı ermənilər ekoloji böhranı daha da dərinləşdirirlər. Erməni mediasında yer alan görüntülərdə açıq-aşkar görünür ki, rus kontingentinin nəzarəti altında olan ərazilərdə olan meşələrimiz ermənilər tərəfindən talanır. Bu isə ekoloji tarazlığı pozulmasına səbəb olur.
Maraqlıdır, təbii sərvətlərimizin istismarına qarşı başlanılan etiraz aksiyaları hələ davam etdiyi vaxtda belə hallara yol verilməsinin səbəbi nədir? Hansısa əlavə tədbirə ehtiyac var?

Məsələ ilə bağlı Editor.az-a açıqlama verən AĞ Partiya Mərkəzi Aparatının sədri Kamran Məmmədli bildirib ki, görünən odur ki , ermənilərin ərazilərimizdə ekosistemi məhv etmələri , yeraltı sərvətlərimizi talamaqları üçün 30 il kifayət etməyib:

“Erməni vəhşiləri öz barbarlıqlarını hələdə davam etdirirlər. Xüsusən də əgər bu, hazırda Laçında ekoaktivistlərimizin etiraz etdiyi ərəfədə baş verirsə demək ki , əlavə tədbirlər görməyimizə ehtiyac var. Görünən odur ki, ermənilərə Laçın dəhlizinin qapadılması dərs olmayıb . Hesab edirəm ki , Azərbaycan hakimiyyəti bu etiraz aksiyasını daha da  genişləndirməlidir. Ermənilərin yenidən təbii sərvətlərimizi istismar etməyə başlayıblar. Fikrimcə daha qətiyyətli addımlara ehtiyac var . Ermənilərə və xüsusən də onları himayə edən rus sülhməramlılarına son dəfə ciddi xəbərdarlıq edilməlidir . Əgər yenə də ermənilər tərəfindən təbii sərvətlərimiz istismar olunmağa davam edəcəksə, rus sülhməramlıları bilməlidir ki, biz öz sərvətlərimizə sahib çıxa və buna göz yummuyacağıq. Lazım olduqda Xankəndiyə ordumuz daxil olacaq . Sülhməramlılar bunu istəsə də, istəməsə də… Əgər onlar bu məsələnin ciddiyyətini bilsələr, özlərini yığışdırarlar. Əks halda bu özbaşnalıqlar davam edəcək”.

 
//Safura Bənnayeva, Editor.az