Qarabağda mövqe savaşı qızışır – Paşinyan danışıqları pozmaq əmri aldıbackend

Qarabağda mövqe savaşı qızışır – Paşinyan danışıqları pozmaq əmri aldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Kremldən yayımlanan xəbər boş söz yığnağından ibarətdir”.

Bunu  açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

O bildirib ki, Kreml Brüsselin planlarını pozmağa çalışır:

“İl yarımdır Kreml eyni məzmunlu xəbərlər yayımlayır, ancaq ortada ciddi nəticə yoxdur. Kremlin vasitəçiliyi ilə nə sərhədlərin müəyyənləşməsiylə bağlı danışıqlar intensivləşib, nə də 3 ölkənin baş nazirlərinin müavinləri kommunikasiya xətlərinin açılması istiqamətində irəliləyiş əldə ediblər.

Nikol Paşinyanın və daha əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın qısa müddət ərzində Moskvaya çağrılmasının tək səbəbi var: Kreml Avropa İttifaqının vasitəçiliyini əngəlləmək istəyir.

Brüssel Kremlin planlarından xəbərdardır və bilir ki, Moskva İrəvana təzyiq etməklə gedişatı poza bilər. Təsadüfi deyil ki, Nikol Paşinyan Moskvaya yollanmazdan əvvəl Avropa İttifaqının rəhbəri Şarl Mişel ona zəng edib və izah edib ki, Kremlin Brüsselin planlarını pozmağa imkan verməsin.

Şarl Mişel Cənubi Qafqaz üzrə nümayəndəsi Toivo Klaarı Bakıya göndərib. O, dünən Prezident İlham Əliyevlə görüşüb. Rəsmi Bakı Brüsselin vasitəçiliyinə önəm verir. Paşinyan da Brüsselin vasitəçiliyindən faydalanmaq istəyir, sadəcə ölkəsinin ağasından çəkinir”.

Qeyd edək ki, ötən gün Rusiya prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan arasında keçirilən ikitərəfli görüşün ardından Kremlin mətbuat xidmətindən yayımlanan xəbərdə bildirildi ki, tərəflər Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın yaradılması prosesini sürətləndirmək barədə razılığa gəliblər. Azərbaycan, Ermənistan və Rusiya liderlərinin müntəzəm görüşləri çərçivəsində konstruktiv işin davam etdirilməsinin və üç liderin noyabrın 10-da imzaladığı razılaşmaların ardıcıl şəkildə həyata keçirilməsinin tərəfdarı olduqları bildirilib. Tərəflər Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərinin birgə sədrliyi ilə Cənubi Qafqazda bütün iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyalarının qarşısının alınması üzrə Üçtərəfli İşçi Qrupun fəaliyyətini aktivləşdirmək də qərara alınıb.

Milli.Az