Qarabağda qanlı qarşıdurma gözlənilir:”Vəziyyət o qədər də yaxşı deyil”-AÇIQLAMAbackend

Qarabağda qanlı qarşıdurma gözlənilir: “Vəziyyət o qədər də yaxşı deyil”-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Belə bir hadisənin baş verməsi gözlənilən idi. Bu gün Qarabağda çox ciddi proseslər gedir”.

Bunu Editor.az-a Milli Məclisin deputatı Ceyhun Məmmədov separatçıların “təhlükəsizlik şurası” adlandırdıqları qanunsuz qurumun “keçmiş katibi” Arşavir Qaramyanın açıqlamasında “Qarabağ xaos astanasındadır. Artıq idarəolunmaz xaos hər an başlaya bilər ki, bu da gözlənilməz iğtişaşlara, qruplar arasında qanlı toqquşmalara səbəb ola bilər”-deyə səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Qaramyanın açıqlaması Qarabağda vəziyyətin o qədər də yaxşı olmadığını göstərir: “Qarabağda bir neçə qruplaşma var. Onlar arasında münasibətlər normal deyil. Baş verəcək hər hansı təxribata qarşı Azərbaycan planlaşdırılmış addımlar atır. Ermənistan bu kimi təxribatlara davam edərsə, rəsmi Bakı çox ciddi addımlar atacaq. Rəsmi İrəvan Qarabağda qeyri-qanuni məskunlaşmış separatçılar və onların qondarma “liderləri” də bunu anlamalıdır “.

Deputat, separatçıların bu qəbildən çıxışlarına, Qarabağın erməni icmasının təxribatçı addımlar atmasına, mitinqlər keçirməsinə və ən əsası Azərbaycan ərazisində sabitliyin pozulması hallarına rəsmi Bakının susqunluq göstərib-göstərməyəcəyinə də münasibət bildirib: “Azərbaycan uzun müddət bu təxribatlara, özbaşınalıqlara dözüm nümayiş etdirməyəcək. Ermənistan bu məsələlərdə çox diqqətli, ölçüb-biçərək addımlar atmalıdır ki, özü üçün təhlükəli vəziyyət yaranmasın. Hər bir halda rəsmi İrəvanın atdığı təxribatçı addımlar, səsləndirilən çıxışlar Azərbaycan tərəfindən diqqətlə izlənir və əməli addımlar atmağa davam edəcək “.

//Safura Bənnayeva, Editor.az