Qarabağda Rusiya sülhməramlı qüvvələri konkret olaraq erməni silahlı birləşmələrinə lojistik dəstək verir-AÇIQLAMAbackend

Qarabağda Rusiya sülhməramlı qüvvələri konkret olaraq erməni silahlı birləşmələrinə lojistik dəstək verir-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Avropa ittifaqı ilə Azərbaycan arasında qaz tədarükünün artırılması istiqamətində danışıqların başlanması və bu il ərzində “Çərçivə sazişinin” imzalanması haqqında mesajın verilməsi Qarabağın kiçik bir ərazisində Moskva separatçıların silahlı dəstələri vasitəsilə təxribatlara rəvac verdi. Qapanlı kəndinin atəşə tutulması və Suqovuşan -Kəlbəcər yolunda mülki maşınların yoxlanılmasına qondarma erməni polisini cəlb etməsi Azərbaycanın apardığı siyasətə qarşı demarşıdı”.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Rusiya tərəfi Azərbaycanın Qərblə əməkdaşlığını inkişaf etdirməsinə Qarabağda separatçı silahlı erməni birləşmələrinin əli ilə təzyiq edəcək:

“Bu gözlənilən prosesdir və məhz ona görə də silahlı qanunsuz erməni birləşmələri ona görə Rusiya tərəfindən qorunur. Məqsəd Azərbaycana təzyiq etmək, regionda öz qalıcılığını qorumaqdır. 10 noyabr Birgə Bəyannaməsinin dördüncü bəndinin yerinə yetirilməməsi və son dərəcə silahlı erməni birləşmələrinin fəaliyyətini artırması rəsmi Bakını hərəkətə gətirməlidir. Ölkənin xarici siyasətdə atdığı addımları Rusiya bəyənməsə Qarabağda kəndlərimizi, silahlı qüvvələrimizin bölmələrini atəşə tutduracaq. Buna son verməyin zamanıdır və silahlı erməni birləşmələrinin ləğvi gündəmə gətirilməlidir. Qarabağda Rusiya sülhməramlı qüvvələri konkret olaraq erməni silahlı separatçılarına lojistik dəstək verir. Onlar üçün kazarma və mühəndis istehkam işləri aparır”.

//Gülnarə Abasova, Editor.az