Qarabağda Rusiya sülhməramlılarının bütün postları quruldubackend

Qarabağda Rusiya sülhməramlılarının bütün postları quruldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya sülhməramlıları Dağlıq Qarabağda “Cənub” və “Şimal” məsuliyyət zonalarının hər birində doqquz müşahidə postu yerləşdirib.

Bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Qurumdan bildirilib ki, 10 noyabr 2020-ci ildən etibarən Qarabağda Laçın dəhlizində yeddi müvəqqəti müşahidə postu qurulub.

“Dünən 15-ci əlahiddə motoatıcı briqadanın bölmələri tərəfindən “Şimal” məsuliyyət zonasında müşahidə postlarının qurulması tamamlanıb”, – deyə Rusiya MN-dən bildirilib.

Nazirlikdən qeyd olunub ki, hazırda Rusiya sülhməramlıları “Cənub” və “Şimal” məsuliyyət zonasının hər birində doqquz müşahidə məntəqəsində Qarabağda atəşkəsin gözlənilməsinə nəzarət edirlər.