Qarabağda Rusiya sülhməramlılarının varlığı məsələsi Azərbaycan hakimiyyəti ilə müzakirələrdə həll olunacaq – Vladimir Putinbackend

Qarabağda Rusiya sülhməramlılarının varlığı məsələsi Azərbaycan hakimiyyəti ilə müzakirələrdə həll olunacaq – Vladimir Putin

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya sülhməramlılarının Qarabağda varlığı məsələsi yaxın vaxtlarda Azərbaycan hakimiyyəti ilə birlikdə müəyyən olunacaq.

Editor.az bildirir ki, bunu Rusiya prezidenti Vladimir Putin Bişkekdə keçirdiyi mətbuat konfransında deyib. O xatırladıb ki, razılaşmaya əsasən, onlar 2025-ci ilin noyabrına qədər orada qalmalıdırlar.

Sülhməramlılarının əsas vəzifəsi atəşkəsə nəzarət etməkdir. Prezident qeyd edib ki, Ermənistan Qarabağı Azərbaycanın ərazisi kimi tanıdıqdan sonra artıq Rusiya sülhməramlıları Azərbaycan Respublikasının ərazisində olmağa başlayıb və “vəziyyət kəskin şəkildə dəyişib”.

Xatırladaq ki, oktyabrın 10-da Ermənistanın baş naziri Paşinyan bəyan edib ki, Rusiya sülhməramlılarının Qarabağda olması məsələsi Ermənistandan asılı deyil. “Rusiya Azərbaycanla müəyyən müzakirələr aparır və bu məsələ bizimlə də müzakirə olunur”.

//Samir Qurbanov, Editor.az