Qarabağda vəziyyəti yenidən gərginləşdirmək cəhdi – Bakıya İSMARIC…backend

Qarabağda vəziyyəti yenidən gərginləşdirmək cəhdi – Bakıya İSMARIC…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya sülhmərmamlı kontingentinin müvəqqəti məsuliyyət zonası olan Laçın dəhlizi vasitəsilə Fransa prezidentliyinə namizəd Valeri Pekresin geniş nümayəndə heyəti ilə iki gün əvvəl qanunsuz olaraq Xankəndiyə səfəri, orada separatçılarla görüşü Azərbaycana açıq ismarıcdır ki, qondarma Artsaxın ərazi vahidi kimi mövcudluğu ATƏT in Minsk Qrupunun həmsədr dövlətləri tərəfindən qəbul edilir”.

Bunu Milli.Az-a açıqlamasında Rusiya Xalqlar Dostluğu Universitetinin dosenti, siyasi jurnalist Anar Həsənov deyib.

Ekspert bildirib ki, Azərbaycana qarşı edilən bu hörmətsizlik əldə edilən zərif danışıqlar prosesinə ciddi zərbə vuracaq:

“Bu dövlətlər öz qarşısına Qarabağı Azərbaycanın tərkibinə defakto qaytarmaq məqsədi qoymayıb. Etiraf edək ki, Laçın dəhlizində də sərhəd postu qoya bilmirik. 9 noyabr bəyanatına görə bu dəhliz maneəsiz olmalıdır. Başqa sözlə biz Rusiyanın maraqlarına hörmət edirik, onun sülhməramlı imicinə zərər yetrmirik, amma Rusiyada “yolun ikitərəfli olduğunu” unudurlar.

Moskvada izah edirlər ki, Laçına sərhəd postu qoymaq Ermənistanda Rusiyaya qarşı çox ciddi fəsadlar törədə bilər, məsələn kütləvi ixtişaşlara səbəb ola bilər, hakimiyyət çevrilişinə səbəb ola bilər, amma bu biganəliyin Azərbaycan hökümətinin qələbə ritorikasına vurduğu zərbəni, cəmiyyətlə hakimiyyət arasında yaratdığı inamsızlığın fərqinə varmırlar. Hesab edirəm ki, bu hörmətsizlik əldə edilən zərif danışıqlar prosesinə ciddi zərbə vuracaq. Bu artıq əsəb müharibəsi də deyil, qondarma Artsaxın ömrünü uzatmağa açıq dəstəkdir”.