“Qarabağda yaşayan ermənilərin tək xilaskarı Azərbaycandır”-AÇIQLAMAbackend

“Qarabağda yaşayan ermənilərin tək xilaskarı Azərbaycandır”-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hadisələrin mövcud inkişaf tendensiyasına Ermənistanın pozucu əməlləri gətirib çıxartdı. Biz məsələləri asanlaşdırmağa çalışarkən, Ermənistan hətta həlli sadə olan məsələləri çıxılmaz məcraya sürükləyir”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Şəbnəm Həsənova bildirib.

Onun sözlərinə görə, illərlə talan edilən mədəni sərvətlərimizin qanunsuz istismarı artıq dayandırılmalıdır: “Aksiyalarda da fəalların səsləndirdiyi kimi “gənc və gələcək nəslin öz sərvətinə haqqı var”. Ermənistan və ona havadarlıq edən bütün qüvvələr bizə alternativ buraxmadılar. Amma burda mütləq şəkildə onu da vurğulayım ki, biz o alternativsizliyə top-tüfənglə deyil, mədəni şəkildə aksiya keçirərək cavab veririk. Azərbaycan cəmiyyəti onsuz da torpaqlarımızda baş verən bütün qanunsuz fəaliyyətdən narazı idi. Bu haqlı narazılığı görən dövlətimiz xalqımızın səsi oldu və rəsmi qaydada bir neçə dəfə müraciət etdik, bəyanat verdik. Yenə də etinasızlıq gördük. Cəmiyyət isə deyir ki, illərlə sərvətlərimizin talanmasına göz yumdunuz, artıq yetər, heç bir haqqımızı heç kimə yedirtmərik. Aksiyalar zərurətdən doğan reallıqdır”.

Politoloq qeyd edir ki, aksiyalar nəinki yerli, dünya mediasının da gündəmindədir:

“Bu, Ermənistana, ondan istifadə edərək öz oyunlarını oynamaq istəyən baş havadarlara heç bir müsbət divident qazandırmayacaq, özü də indiki məqamda. Aksiyaçılar əli silahsız dinc insanlardır. İndiki məqamda imkan versinlər, şərait yaratsınlar monitorinq qrupu keçsin və öz işlərini görsün. Ən əsas məsələ odur ki, qanunsuz silahlı birləşmələr bölgədən çıxarılsın. Reinteqrasiya önündə şüurlu əngəllər yaradılmasın. Qızıl qaçaqmalçılığı ilə məşğul olan və Qərbin sanksiyalarından sonra Qarabağa yerləşdirilən Ruben Vardanyan kimi qaranlıq keçmişə malik olanlar bölgədə qalan erməniləri qanunsuz biznes fəaliyyətinin bir tərkib hissəsinə çevirə bilməsin. Onsuz da sadə əhaliyə heç nə çatmır. Separatistlər və biznes ortaqları bölgünü öz aralarında edirlər. Azsaylı ermənilər də bunu bilir, çətin şərtlərdən beziblər. Orda qalan ermənilərin xilaskarı Azərbaycan dövlətidir. Silahı yerə qoyub dinc şəkildə vətəndaşlığımızı qəbul etsinlər. İstəməyənlərə də yol açıqdır. Amma birmənalı olaraq heç bir qanunsuzluğa yol vermərik”.

Şəbnəm Həsənova bildirir ki, Ermənistan da, bütün digər tərəflər də əmindir ki, Azərbaycan prinsiplərindən bir addım da geri çəkilməyəcək: “Baş nazir Nikol Paşinyanın təcili olaraq Təhlükəsizlik Şurasının iclasını çağırması da bununla əlaqədardır. Bir tərəfdən aksiyaçılarımızın təqdirə layiq təmkinli davranışları, sülh çağırışları, erməni mülki və təcili tibbi yardım maşınlarına mane olmamaları fonunda dünyaya verdiyimiz sülh mesajları, digər tərəfdən isə Ermənistanın mövcud vəziyyətdən Azərbaycan əleyhinə istifadəsi cəhdi hər iki dövlətin və xalqın gerçək simasını bir daha gözlər önünə sərir. Təbii ki, bütün məkirli planların qarşısı qətiyyətlə alınır”.

//Safura Bənnayeva, Editor.az