“Tezliklə Azərbaycan hakimiyyəti tanınmamış “DQR”in keçmiş “rəhbərlər”i Bako Saakyan və Arkadi Qukasyanın “Laçın” sərhəd-keçid məntəqəsində həbs olunduğunu elan edəcək”.
Yenisabah.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.
Erməni nəşri iddia edib ki, tezliklə bu barədə video yayımlanacaq.
Qəzetin məlumatına görə, Azərbaycan sərhədçiləri tərəfindən qondarma rejimin keçmiş “prezident”lər saxlanılıb.
KİV bildirib ki, bölücü “liderlər”in həbs edilməsinə baxmayaraq, qondarma rejimin keçmiş “rəhbər”i Araik Arutyunyan, təhlükəsizlik şurası”nın sabiq “katib”i Vitali Balasanyan və tanınmamış qurumun “milli məclis”inin “spiker”i Davit İşxanyanın yeri hələlik deyil.