Qarabağdakı Rusiya sülhməramlıları erkən səsvermədə iştirak ediblər – VİDEObackend

Qarabağdakı Rusiya sülhməramlıları erkən səsvermədə iştirak ediblər – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın Qarabağ iqtisadi rayonunda xidmət aparan Rusiya sülhməramlıları Rusiya Federasiyasında keçiriləcək prezidenti seçkisi ilə əlaqədar vaxtından əvvəl səs veriblər.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, Rusiyada prezident seçkisi bu il martın 15-dən 17-dək keçiriləcək.

Dövlət başçısı postu uğrunda hazırkı Prezident Vladimir Putin, Liberal Demokrat Partiyasının namizədi Leonid Slutski, kommunistlərin namizədi Nikolay Xaritonov və Yeni İnsanlar Partiyasının namizədi Vladislav Davankov mübarizə aparacaqlar.