Qarabağdakı vəziyyət təkrarlana bilər – Ukrayna ordusu ruslara hücuma keçibbackend

Qarabağdakı vəziyyət təkrarlana bilər – Ukrayna ordusu ruslara hücuma keçib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ukrayna ordusu hazırda cəbhənin demək olar ki, bütün cinahlarından hücuma keçir. Bunu bütün mənbələr, o cümlədən Rusiyanın təbliğatçıları da etiraf edirlər”.

Bunu açıqlamasında Ukrayna Diplomatiya İnstitutunun mütəxəssisi, siyasi ekspert Nikolay Spiridonov deyib.

O bildirib ki, Ukraynadakı müharibə mərhələli şəkildə illərlə davam edə bilər:

“Təəssüf ki, mən bütün ərazilərin tezliklə Rusiya ordusundan azad ediləcəyinə həqiqətən ümid etmirəm. Bu yaxınlarda Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnının məqaləsi dərc olunub və orada o, döyüş əməliyyatlarının ən azı 2023-cü ilə qədər davam edəcəyini proqnozlaşdırır. Amma indi təşəbbüs Ukraynanın tərəfindədir və cəbhədə vəziyyətin yaxşılaşdırılması üçün kifayət qədər yaxşı imkan yaranıb.

Düşünürəm ki, indiki intensivlik dərəcəsinə malik müharibə daha 1,5-2 il davam edə bilər və təcrübənin göstərdiyi kimi, “donmuş” mərhələ illərlə davam edə bilər. Bunun bariz nümunəsi Donbassdakı müharibə və ya Qarabağdakı vəziyyətdir.

Fikrimcə, son qələbə üçün 2 ilə qədər vaxt lazım ola bilər. Amma bu o demək deyil ki, daha tez qalib gəlmək şansı yoxdur. Rusiyadakı daxili vəziyyətdən çox şey asılıdır.

Bəli, qış çətin olacaq, amma biz bu sınaqdan yaxşı çıxacağıq. Kiyev və digər böyük şəhərlər şaxtaya ciddi şəkildə hazırlaşır”.

//milli.az