Ermənistanın verdiyi məlumata görə, Azərbaycandan torpaqlarından çıxan ermənilərin sayı 105 mindir. Belə ki, Ermənistan öz bərbad iqtisadiyyatı ilə “qaçqınlarını” saxlaya bilməyəcəyi üçün dünya ölkələrinə ağız açır. Fransa, Kanada, İtaliya, Niderland, Belçika, Amerika və digər ölkələrdən çoxlu yardımlar alır.
Politoloq Elşad Həsənov məsələ ilə bağlı qeyd edir ki, BMT-nin Qaçqınlar Agentliyinin sənədlərində belə bir sual da qaldırılır: Dövlətlər qaçqınların müdafiəsinə necə zəmanət verirlər? Cavabına isə bu cür aydınlıq gətirir ki, torpaqlarımızdan çıxıb gedən ermənilər Ermənistan vətəndaşı olduğu üçün işğaldan azad olunmuş yerlərdə qalmaları mümkün deyil və yalnız Azərbaycan vətəndaşlığını təsdiq edən sənədləri olarsa, bu hal mümkün ola bilər.

E.Həsənovun “Editor.az” a verdiyi açıqlamaya görə, Azərbaycan ərazilərini tərk edən Ermənistan vətəndaşlarına Ermənistan vəsiqələri ilə qaçqınlıq statusu vermək olmaz:
“Onlar nə etnik təmizləmə, nə də təhdid nəticəsində gediblər. 1948-1953-cü illərdən başlayaraq mərhələli şəkildə davam edən deportasiya və ələlxüsus da Kəlbəcərdən zorla çıxarılan, ayağı yalın qocalarımız, gəlin-qızlarımız, körpələrimizi göz qabağına gətirib, digər yandan isə “körpünü” keçənə kimi “erməni millət deyil” deyib, keçəndən sonra da “başımıza silah dayadıqları üçün zorla dedizdirildi” deyən millətə necə qaçqın deyək? Prezident İlham Əliyevin “Yoxdur status!” ifadəsi burda da keçərlidir. Necə ki, digər statusdan pay düşmür, “qaçqın və məcburi köçkün” statusundan da Qarabağdan könüllü köçən ermənilərə pay düşmür”.
//Fidan İbrahimli, Editor.az

