“Hələlik İrəvanın 2022-ci ildəki destruktiv mövqeyi ilə müqayisədə nəyinsə dəyişdiyinə dair heç bir işarə yoxdur. Əksinə, Paşinyan və tərəfdarlarının qeyri-qanuni mədən böhranı ilə bağlı təbliğat kampaniyalarına və Laçın dəhlizinin bağlanmasında və ya Qarabağda ermənilərə qazın kəsilməsində Bakının əlinin olduğuna dair yalan iddialara hər zaman olduğu kimi indi də meyilli olduğu aydın görünür və kor tutduğunu buraxmayan kimi buraxmaq fikrində deyillər”.
Bunu açıqlamasında amerikalı analitik İrina Tsukerman deyib.
O bildirib ki, Qərb bilməlidir ki, Ruben Vardanyan Rusiyanın adamıdır:
“Rəsmi İrəvan Bakı ilə sülhlə bağlı bütün prosesi əngəlləmək üçün müxtəlif mənbələrdən, o cümlədən Rusiyadan ya dəstək alır, ya da kifayət qədər ciddi təzyiqlərə məruz qalır. Hazırda anti-Rusiya və anti-İran təhlükəsizlik mülahizələrinə üstünlük verən ABŞ və digər Qərb ölkələri İrəvana təzyiqini artırmalı və bu mənfi təsirlərdən uzaqlaşmaq üçün birgə addımlamalıdır.
Bundan əlavə, sülh prosesinə mane olmaq üçün İrəvanın həyata keçirdiyi təxribatlar, Bakıya qarşı əsassız iddialar, qarayaxma kampaniyaları Azərbaycan rəsmiləri tərəfindən beynəlxalq medianın iştirakı ilə keçirilən açıq mətbuat konfranslarında məsuliyyət daşıyan qüvvələrin bariz sübutları ilə açıq şəkildə ifşa edilməlidir. Bu, Azərbaycan üçün daha geniş regional və qlobal maraqlar kontekstində Ruben Vardanyan kimi Rusiya tərəfindən dəstəklənən oliqarxlara diqqət yetirməklə öz maraqlarını ABŞ və Aİ-yə tanıtmaq üçün əla fürsətdir.
Rusiya sülhməramlı kontingentinin Qarabağdakı müvəqqəti nəzarəti zonasında separatçıların əli ilə talanan, yağmalanan qızıl mədənlərindən əldə edilən pullarla ola bilsin ki, Ukraynadakı müharibəyə dəstək üçün istifadə edilir. O da mümkündür ki, Rusiya Cənubi Qafqazda diqqəti yayındırmaq və Qərbi parçalamaq üçün sülh prosesinin irəliləməsinə mane olmağa çalışır”.
milli.az

