“Qarabağdan qovulmalıdır“ – Vardanyandan sərsəm çağırışbackend

“Qarabağdan qovulmalıdır“ – Vardanyandan sərsəm çağırış

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir müddət əvvəl Qarabağ separatçılarının “dövlət naziri” vəzifəsindən qovulan Ruben Vardanyan yenidən sərsəm çıxışları ilə gündəmə gəlib.

 

Yenisabah.az xəbər verir ki, sosial şəbəkə hesabında Qarabağ ermənilərinin Azərbaycana inteqrasiya olunmasına qarşı çıxışlar səsləndirən rusiyalı emissar bu dəfə də analoji fikirlərini təkrarlayıb.

Vardanyan videomüraciətində vurğulayıb ki, Bakı ilə inteqrasiya tərəfdarı olan hər kəs Qarabağdan qovulmalıdır.

Onun sözlərinə görə, Araik Arutyunyan və komandası Qarabağın “müstəqilliyini” heç zaman müzakirə mövzusu etməməli və Qarabağdakı separatçı rejim əsla Azərbaycanın tərkibinə daxil olmamalıdır.