backend

Qarabağdan seçilən iki deputat Zəhranın qətlindən niyə danışmır? – Absurd

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağdan seçilən iki deputat Zəhranın qətlindən niyə danışmır?Füzulidə qətlə yetirilən 2 yaşlı Zəhra və nənəsinin erməni vəhşiliyinin qurbanı olması bütün dünya və ölkə gündəmini zəbt edib
 
bu hadisə haqda ölkə rəhbərliyi, ayrı-ayrı dövlət rəsmiləri bəyanatlar verirlər.
Eyni zamanda mətbuat və sosial şəbəkələrin baş xəbərləri Zəhra mövzusudur. Amma qaçqın rayonlarından deputat seçilmiş iki millət vəkili “ağzına su alıb oturub”.
Söhbət Zəngilandan deputat olan İmamverdi İsmayılov və Cəbrayıldan deputat, xalqa “otxod” demiş Astan Şahverdiyevdən gedir. Hər iki millət vəkili işğal olunmuş rayonlarımızı təmsil edirlər.
Erməni terrorunu lənətləyən, körpənin ölümünü pisləyən ilk bəyanatlar onlardan olmalıdır. Lakin parlamentdə onsuz da passiv olan hər iki deputat mühüm bir mövzu haqda da danışmırlar, açıqlama vermirlər.
Qarabağ bölgəsini təmsil edən deputatlar Astan Şahverdiyev və İmamverdi İsmayılovun bu laqeydliyi, susqunluğu anlaşılmazdır. Onlar Zəngilan və Cəbrayıl seçiciləri tərəfindən seçiliblər.
Ulus.Az-ın verdiyi xəbərə görə, hər iki biznesmen millət vəkilinin adı müxtəlif qalmaqallarda hallanıb. Biri öz çıxışı, biri oğlunun skandalları ilə gündəmə gəlib. Amma yenə də ört-basdır edilib və yola verilib.
Lakin bu məsələ Azərbaycan xalqının ümummilli yarasıdır və hər kəs gözləyir ki, Qarabağı təsmil edən deputatlar susmasınlar.
Necə ki, Bahar Muradova, Aqil Abbas, Bəxtiyar Sadıqov və başqaları danışırlar, dünyaya mesaj verirlər, beynəlxaq ictimaiyyətdən reaksiya tələb edirlər.
Məcburi köçkünlərin cəmiyyətin ən həssas təbəqəsidir. Onlar yurd-yuvasından didərgin düşüb, yaxınlarının məzarları düşmən tapdağı altındadır, sosial vəziyyəti ürəkaçan deyil, dövlət tərəfindən daim qayğı göstərilir, prezidentin əsas diqqəti qaçqınlaradır.
Ancaq köçkün regionlardan deputat olan hər ikisi prezident kimi eyni həssaslığı göstərmir. Çünki mandatı onlardan deyil, siyasi dayaqlarından aldığına arxayınlaşıb.
Halbuki, bu amil əsas vermir ki, deputat seçicilərdən gen gəzsin. İndi dünya balaca Zəhradan danışır, Şahverdiyevlə İsmayılovdan başqa…amma yenə də danışmaq istəsələr, bir media olaraq onlara tribuna verməyə hər zaman hazırıq.
//Ulus.Az