Qarabağdan sonra NATO da hərəkətə keçdi: PUA-lar ilk dəfə…backend

Qarabağdan sonra NATO da hərəkətə keçdi: PUA-lar ilk dəfə…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin BAYKAR şirkəti tərəfindən hazırlanan və özünü Qarabağ, Suriya, Liviya kimi döyüşlərdə sübut edən “Bayraktar TB2” dünyada məşhurlaşmağa davam edir.

Publika.az xəbər verir ki, pilotsuz uçuş aparatının gücünü son təsdiqləyən isə NATO olub.

Alyansın nəzdindəki Birgə Hava Qüvvələri Mükəmməllik Mərkəzi (JAPCC) tərəfindən hazırlanan “Pilotsuz Uçuş Aparatlarına Hərtərəfli Yanaşma” adlı sənəddə “Bayraktar TB2”nin gücündən bəhs edilib.

5 bölmədən ibarət sənədin 2-ci hissəsində “Offensive Counter-Air Operations” adlı alt başlıqda “Bayraktar TB2” taktiki PUA istifadəsində uğurlu nümunə adlandırılıb. Bildirilib ki, PUA-lar quru qoşunlarının təhlükəsizliyini təmin etmək üçün hava hücumundan müdafiə sistemləri, tanklar və hərbi bazalar daxil olmaqla, müxtəlif hərbi hədəfləri məhv edib. Bu da PUA-ların Yaxın Hava Dəstəyi mövzusundakı effektivliyinin sübutudur. “Bayraktar TB2”lərin hətta “Pantşir” sistemləri tərəfindən belə zərərsizləşdirilə bilmədiyi yazılıb.

Türkiyəyə məxsus PUA-ların NATO-ya inteqrasiyası ilk dəfə bu sənəddə səsləndirilib.

Loading...