Qarabağın dağlıq hissəsinə, Xankəndinə yerləşdirilməlidir”backend

Qarabağın dağlıq hissəsinə, Xankəndinə yerləşdirilməlidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın şanlı zəfəri ilə yekunlaşan Vətən müharibəsi Qafqaz və Orta Asiyadakı türk ölkələrini də canlandırıb. Bu məqam günlərdir Rusiya mediasında müzakirə olunmaqdadır. Son proseslərdən sonra Türkiyənin regiondakı güclü rolunu və savaşın nəticələrini analiz edən “Moskovski komsomolets” qəzeti Ankaranın Orta Asiyadakı türk respublikaları ilə yeni hərbi-siyasi blok yaratmağı planladığını yazıb. Türkiyənin Özbəkistan, Qırğızıstan kimi ölkələrlə hərbi anlaşmalar imzaladığını, Qazaxıstanın “Bayraktar TB2” almağı hədəflədiyini qeyd edən qəzet yeni ittifaqa ilk qatılacaq ölkənin Türkmənistan olacağını səhifələrinə daşıyıb. Nəşrə görə, Türkiyə və Azərbaycan arasındakı “Tək millət, iki dövlət” şüarının yerini indi “Tək millət, beş dövlət” almağa başlayıb. “Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri Əhəd Məmmədli “Şərq”ə deyib ki, Ankaranın məqsədi türk dünyasının birliyinə nail olmaqdır. Ekspertin sözlərinə görə, belə bir niyyət Moskvanı narahat etməyə bilməz: “Rus mediasında Türkiyənin uzun müddət Moskvanın çətiri altında olan türk respublikaları ilə yaxınlığı qabardılır və təhlükəli fakt kimi müzakirə olunur. Rus ekspertlər “Ərdoğan Turan qurur” deyərək öz təşvişlərini gizlətmirlər. Qazaxıstanın “Bayraktar TB2” almaq niyyəti də Kremli narahat edən məqamlardandır.

 

Rus mediasında panikaya səbəb olan başlıca amil isə “Bir millət, beş dövlət” şüarının aktuallaşmasıdır. Türkiyənin sadəcə türk ölkələri ilə deyil, Ukrayna və Gürcüstanla hərbi müqavilələri də Rusiyanın kefini pozur.

 

Məhz ötən gün Hadrutda baş verən növbəti təxribat Rusiyanın Türkiyəyə mesajı, daha doğrusu, cavabı idi. Türkiyənin milyard dollarlıq layihələrinə Rusiya sadəcə 3-4 quldurun təxribatı ilə reaksiya verir. Əslində bu məqamın özü şimal qonşumuzun zəifliyinin göstəricisidir. O boyda dövlət erməni terrorçularının ümidinə qalıb”.

 

Ə.Məmmədli vurğulayıb ki, Ankaranın türk dünyası ilə bağlı istənilən addımına Rusiya Qarabağda təxribatla cavab verəcək:

 

“Ona görə də məsələyə birdəfəlik son qoymaq lazımdır. Türkiyə hərbçiləri yubanmadan Qarabağın dağlıq hissəsinə, Xankəndinə yerləşdirilməlidir. Sonrakı rus təxribatlarının qarşısını da elə qardaş ölkənin silahlı qüvvələri almalıdır. Rusiya bundan sonra öz provokasiyalarından əl çəkəcək. Əks halda bu cür əsəb oyunları ilə hələ çox rastlaşacağıq”.

Loading...