“Qarabağın statusu indi həll oluna bilməz” – Lavrovbackend

“Qarabağın statusu indi həll oluna bilməz” – Lavrov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dağlıq Qarabağın statusu hələ razılaşdırılmalıdır”.

Editor.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

“Dağlıq Qarabağın statusu məsələsi ATƏT-in Minsk qrupu həmsədrlərinin (Rusiya, ABŞ, Fransa) iştirakı ilə razılaşdırılmalıdır, lakin indi bu məsələyə deyil, dinc həyatın qaytarılmasına diqqət yetirilməlidir”.

“Primakov oxunuşları” forumunda iştirak edən nazir deyib: “Başa düşürəm ki, indi bir çox insan Dağlıq Qarabağın statusunun həll olunmamış qaldığını söyləyir. Bu, ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə bütünlüklə razılaşdırılmalıdır. Lakin hazırkı mərhələdə, ehtimal ki, status problemi qaldırılmamalı, əksinə, etimad tədbirlərinin gücləndirilməsinə, humanitar məsələlərin həllinə öz töhfələrini verməlidirlər ki, ermənilər və azərbaycanlılar yenidən təhlükəsizlik və iqtisadi rifah içində birlikdə yaşamağa başlasınlar. Sonra sizi inandırıram ki, üç ilə, altı ilə belə bir həyatı qursaq, statusa dair bütün problemlər daha asan həll ediləcək”.