Qarabağla bağlı məsələ qapanıb – Rusiyanın Azərbaycandakı səfiribackend

Qarabağla bağlı məsələ qapanıb – Rusiyanın Azərbaycandakı səfiri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağla bağlı məsələ qapanıb.

Editor.az bildirir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Evdokimov “İzvestiya”ya müsahibəsində bildirib. O, daha sonra qeyd edib ki, münaqişə boyu Rusiya tərəfi sülh yolu ilə həll yollarının tapılmasına kömək etməyə çalışıb.

“Ermənistan və Azərbaycan indi birbaşa sülh müqavilələri layihələrini mübadilə edirlər. Azərbaycan tərəfinin təklif etdiyi, mənim fikrimcə, tamamilə əsaslandırılmış standart müddəa və maddələrdir ki, onlar bir qayda olaraq tərəflər arasında sülh müqavilələrində mövcuddur. Və prinsipcə, Bakının irəli sürdüyü təkliflərə əsaslanaraq, mənə elə gəlir ki, bu danışıqlar kifayət qədər tez başa çatdırıla bilər” – Mixail Evdokimov deyib.

Diplomatın sözlərinə görə, hazırda Moskva iki tərəf arasında sülh müqaviləsi üzrə danışıqlara maksimum dəstək verməyə hazırdır. “Biz Moskva platformasını təqdim etməyə, lazım gələrsə, ekspertizamızı, mətnlə bağlı məsləhətlərimizi verməyə hazırıq. Burada azərbaycanlı həmkarlarımızla çox yaxşı qarşılıqlı əlaqəmiz var”, – səfir deyib. O, qeyd edib ki, hazırda Rusiya və Azərbaycan Qarabağda Rusiya sülhməramlı kontingenti ilə bağlı danışıqların növbəti raundunun tarixlərinin razılaşdırılması prosesindədir.

“Bizim sülhməramlı kontingentimizlə bağlı Moskva və Bakı arasında danışıqların növbəti raundunun tarixləri hazırda Azərbaycan Xarici İşlər Nazirliyi ilə razılaşdırılır, onun qalma müddəti 2025-ci ildə başa çatır”, Evdokimov yekunlaşdırıb.

//Samir Qurbanov, Editor.az