Qarabağlı ermənilərə Rusiyaya köçmək TƏKLİF OLUNURbackend

Qarabağlı ermənilərə Rusiyaya köçmək TƏKLİF OLUNUR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Dövlət Duması sədrinin MDB işləri, Avrasiya inteqrasiası və həmvətənlərlə əlaqələr üzrə birinci müavini Konstantin Zatulin müəyyən xalqların nümayəndələrinin Rusiyaya repatriasiyasını, yəni köçünü təklif edib.

Ermənidən artıq erməni olmağa çalışması, ifrat və hətta zooloji ermənipərəstliyi ilə seçilən K.Zatulinin Rusiya Dumasını təqdim etdiyi “Rusiya Federasiyasına repatriyasiya haqqında” qanun layihəsi böyük qalmaqala və rezonansa səbəb olub.

Səbəb sənəddəki ifadələrlə müddəaların həddən ziyadə mübahisəli olmasıdır.

Rusiyaya repatriasiya olmaq istəyən şəxslər qarşısında rus dilini sərbəst və səlis bilmək tələbinin qoyulması ilə yanaşı, RF-yə köç hüququ olan etnoslarla azsaylı xalqların siyahısı sual doğurub.

Zatulinin hazırladığı qanun layihəsinə göə, belə hüquqa:

– dövlətyaradan xalq (ruslar)

– dövlətyaradan xalqla tarixi tale və mədəniyyətin ümumiliyi ilə bağlı olan belaruslarla ukraynalılar

– Rusiya Federasiyası ərazisindəki müvafiq milli-ərazi vahidlərində məskunlaşmış xalqların nümayəndələri

– Rusiyadakı azsaylı xalqların mənsubları

– tarixən Rusiya Federasiyasında yaşamış xalqların nümayəndələri.

“Rusiya Federasiyası ərazisində tarixi yaşamış xalqların siyahısını bu qanun üçün Rusiya Federasiyasının hökuməti təsdiqləyir”, – qanun layihəsində deyilir.

Sənəd absurdlarla doludur.

Əvvəla, Rusiyaya repatriyasiya, yəni köç hüququna malik olan xalqları sadalamaqla K.Zatulin konkret şəxslərin bu xalqların mənsubluğunun necə müəyyənləşdiriləcəyini açıqlamayıb.

Rusiya Federasiyasının Konstitusiyasının 26-cı maddəsinə görə, ölkənin istənilən vətəndaşı özünə İSTƏNİLƏN milli mənsubiyyəti seçmək və ya seçməmək hüququna malikdir. Bu məntiqidir, çünki Rusiyada milli mənsubiyyət qanunlara görə, kimsəyə heç bir əlavə hüquq və ya imtiyaz vermir.

Qanunlara görə, belədir.

Lakin milli mənsubiyyət kiməsə milli mənsubiyyətə görə Rusiyaya repatriasiya hüququ verirsə, bu, RF Konstitusiyasının pozulmasıdır. Çünki Rusiya vətəndaşlığı almaq üçün milli mənsubiyyəti hüquqi təsdiqlənməyən adamlara köç hüququnun verilməsi marazmdır. Belə olarsa, sabah Afrika, Cənubi və ya Şərqi Asiyadan milyonlarla insan özlərini “rus” və ya Rusiyaya repatriasiya hüququ olan başqa xalqın mənsubu elan edərək, rus dilini öyrənərək RF ərazisinə yönələcək, repatriasiya olunmalarını istəyəcəklər.

Sivil ölkələrdə bu problem asanlıqla həll olunur.

Məsələn, İsrailin repatriasiya haqqında qanununda bildirilir ki, bu hüquq yəhudi ilə yanaşı, yəhudinin övladına və nəvəsinə də verilir.

Polşanın repatriasiya qanununda vurğulanır ki, valideynlərindən və ya nənə-babasından biri polyak olanın Polşaya daimi yaşayış məqsədilə köçmək hüququ var.

Konstantin Zatulinin hazırladığı qanun layihəsində isə bu barədə bir kəlmə də deyilmir.

Ən başlıcası isə odur ki, “tarixən Rusiya Federasiyasında yaşamış xalqların nümayəndələri” ifadəsi şübhəlidir, birmənalı deyil.

Konstantin Zatulin Rusiyada ermənilərin və Ermənistanın maraqlarının maniakal müdafiəçisi, ermənilərin sifarişi ilə açıqlamalar verib bəyanatlar yayan siyasətçi kimi ad çıxarıb.

Ona görə də heç şübhə yoxdur ki, yeni qanun layihəsində sözügedən ifadədən yararlanan ilk “xalq” ermənilər olacaqlar. Onlar “əsrlərdən bəri Donda və Kubanda, Rusiyanın cənubunda” yaşadıqlarını vurğulayacaqlar.

Bu isə demaqogiyadır, çünki əsrlərdən bəri azərbaycanlılar Dərbənddə, qazaxlar Həştərxanda, yəhudilər Moskvada, almanlar Volqaboyunda yaşayıblar və yaşayırlar.

Konstantin Zatulin və onun kimi maniakal ermənipərəst siyasətçilərin Rusiyada başlıca məqsədi ermənilər üçün profitlərə nail olmaqdır.

İndiki şəraitdə, 44 gün davam etmiş Vətən Müharibəsindən sonra qarabağlı ermənlərin durumunu nəzərə alsaq, Zatulinin təşəbbüsündən Xankəndidəki aborigenlərin mütləq şəkildə yararlanmağa çalışacaqları bəsit ehtimaldır.

Əslində K.Zatulin qarabağlı ermənilərə “repatriasiya” adı ilə Rusiyaya köç təklif edir.

Qarabağdakı ermənilərə gəldikdə isə, onların arasında Rusiya Federasiyasına üz tutaraqa orada məskunlaşmaq istəyənlərin sayı həddən ziyadədir.

Bunu Ermənistan rəsmiləri və mediası da etiraf edirlər.

Səbəb qarabağlı ermənilərin “Qarabağın statusu və dövlət müstəqilliyi” idefiksinin artıq tarixə qovuşduğunu gec də olsa, anlamalarıdır.