Qaraciyər yağlanmasına qarşı istifadə ediləcək bitki tapılıbbackend

Qaraciyər yağlanmasına qarşı istifadə ediləcək bitki tapılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Laval Universitetinin (Kanada) alimləri aşkar ediblər ki, Camu Camu bitkisinin meyvələrində qaraciyərdə yığılan yağ miqdarını azaldan polifenollar var.

Editor.az xəbər verir ki, araşdırmanın nəticələri Cell Reports Medicine jurnalında dərc olunub. Araşdırmada 30 nəfər iştirak edib.

Təcrübənin birinci mərhələsində hər bir könüllü maqnit rezonans görüntüləmə üsulu ilə qaraciyərin yağ səviyyəsini qiymətləndirib. Camu Camu kiçik, həmişəyaşıl, sıx böyüyən bir ağacdır. Onun giləmeyvələri C vitamini və polifenollarla zəngindir – bir sıra qida əlavələrinin əsasını təşkil edən faydalı təbii kimyəvi birləşmələr.

Tədqiqatın sonunda tədqiqatçılar Camu Camu meyvə ekstraktı qəbul edənlərin qaraciyərində yağ kimi molekulların (lipidlərin) səviyyəsində 7,43% azalma olduğunu müəyyən ediblər. Plasebo qəbul edənlərin bədən yağında 8,42% artım var. Alimlər Camu Camu-nun tərkibində bağırsaq mikroflorasına təsir edən polifenolların olduğunu açıqlayıblar. Meyvələr yeyildikdə, bağırsaq bakteriyaları böyük polifenol molekullarını emal edərək onları daha kiçik və bədən tərəfindən daha asan mənimsəyir. Beləliklə, polifenollar qaraciyərdə lipid damcılarının əmələ gəlməsini azalda bilər və oksidləşmə yolu ilə lipidlərin aradan qaldırılmasına kömək edə bilər. Bu mexanizmlərin birləşməsi ekstraktın yüksək effektivliyini izah edir.

Tədqiqatçılar əlavə ediblər ki, bağırsaq mikrobiomunun ilkin vəziyyəti orqanizmin polifenollara reaksiyasına təsir göstərir.

//Gülnarə Abasova, Editor.az