Steatoz (steatotik hepatoz, yağlı qaraciyər) çox kilolu insanlarda baş verən ümumi bir problemdir. Üstəlik, bu xəstəlik olduqca təhlükəlidir.
Editor.az xəbər verir ki, bu barədə qastroenteroloq və dietoloq Nataliya Paninanın qaraciyərin yağlanmasına səbəb olan qidalar barədə müsahibəsində deyilir. Yağlı qaraciyərin qaraciyər hüceyrələrinin yüzdə 5-dən çoxunda yağ yığılması ilə diaqnoz edilə biləcəyini ifadə edən həkim bildirib ki, xəstəlik təkcə artıq çəkisi olan insanların əksəriyyətində müşahidə olunmur, həm də artıq çəkisi olmayan, lakin belində piy kəməri olan insanlarda da baş verə bilər. “Qaraciyərin piylənməsi ürək-damar hadisələri riski ilə əlaqələndirilir və qaraciyərin sirrozuna səbəb ola bilər”. Panina bildirib ki, əgər qadınlarda bel ətrafı 88 sm-dən, kişilərdə isə 102 sm-dən yuxarıdırsa (qadınlar üçün ən uyğun ölçü 80 sm, kişilər üçün isə maksimum 94 sm-dir) və bədən kütlə indeksi (BKİ) 30-dan yuxarıdırsa, bu insanlarda böyük ehtimalla qaraciyər piylənir. O, xüsusilə qeyd edib ki, müntəzəm spirtli içki qəbul etmək (alkoqolizmdən danışmırıq) piylənməyə səbəb ola bilər. Xəstəlik mütəmadi olaraq spirtli içki qəbul edən insanların əksəriyyətində baş verir. Etanolun təhlükəli dozaları kişilər üçün 40 qramdan çox, qadınlar üçün isə 20 qramdır.
“Etanolun zəhərli təsirlərindən əlavə, spirt də çox yüksək kalorilidir və piylənməyə səbəb ola bilər. Hər hansı bir artıq kalori artıq çəkiyə və onu müşayiət edən yağlı qaraciyər xəstəliyinə səbəb ola bilər”. O, həmçinin fast food və işlənmiş qidalarda olan doymuş yağların və trans yağların artıq qaraciyər üçün təhlükəli olduğunu bildirib: “Bundan əlavə, fast food qaraciyər və ürək-damar sistemi problemlərinə səbəb olan “pis” xolesterolun artmasına kömək edir. Gündəlik yağ qəbulu ümumi kalorinin 30-35%-dən çox olmamalıdır, qida rasionunda isə ümumi yağın 50%-i bitki yağlarından ibarət olmalıdır. Yağlı qaraciyər xəstəliyinin inkişafı fruktoza miqdarının artması və sadə karbohidratların həddindən artıq istehlakı ilə də dəstəklənir, xüsusən də qaynaq sərinləşdirici içkilərdəki tatlandırıcılardır”.
“Pəhrizdə kifayət qədər miqdarda lifin olması yağ və karbohidrat mübadiləsinin pozulmasına qarşı profilaktik tədbirdir və eyni zamanda, öz mikrofloranımızı qaraciyər üçün vacib olan farmasevtik probiyotiklərdən daha yaxşı dəstəkləyir, çünki bağırsaqlarda bakteriyaların çoxalması da yağlı hepatozun yaranmasına kömək edir”,- deyə həkim bildirib.
//Gülnarə Abasova, Editor.az