“Qardaş yumruğu” hərbi təlimi regionda kiməsə qarşı yönəlməyib”- Əsas məqsəd…- Millət vəkilindən AÇIQLAMAbackend

“Qardaş yumruğu” hərbi təlimi regionda kiməsə qarşı yönəlməyib”- Əsas məqsəd…- Millət vəkilindən AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan-Türkiyə birgə təliminin dekabrın 6-da keçirilən “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə şəxsi heyətin təltifolunma mərasimi keçirilib.

Türkiyə ilə Azərbaycan birlikdə “Dəmir yumruq” əməliyyatı ilə torpaqlarımızın azad edilməsinə nail olundu. Bir neçə gündür ki, keçirilən “Qardaş yumruq” adı verilən birgə hərbi təlimlər Azərbaycan və Türkiyə üçün böyük imkanlar yaradır.

Mövzunu Editor.az-a şərh edən Milli Məclisin deputatı Kamilə Əliyeva bildirib ki, iki qardaş ölkə olan Türkiyə və Azərbaycanın hərbiçilərinin “Qardaş yumruğu” adı altında keçirdiyi hərbi təlimlər bütün türk dünyasını qürurlandırdı:

“Türkiyə ordusu NATO-nun ikinci ən böyük və güclü ordusudur. Azərbaycan Silahlı Qüvvələri də Türkiyə modelinə uyğun formalaşdırılır. Hərbi təlimlər zamanı Azərbaycan və Türkiyə ordusunun peşəkarlığını, istənilən düşmənə qarşı layiqli cavab verdiyinin şahidi olduq. Bütün qoşun növlərinin iştirak etdiyi bu təlimlər İranla sərhəddə aparıldı. “Qardaş yumruğu” hərbi təlimi kiməsə qarşı deyil, regionda, bütün dünyada sülhə, əmin-amanlıq yaradılmasına hesablanıb. İstər Azərbaycana, istərsə də Türkiyəyə qarşı hər hansı dövlət hədə-qorxu gəlib təcavüz etmək niyyətində olarsa, düşünməlidirlər ki, bütün bu kimi addımlara qarşı Azərbaycan və Türkiyə birlikdə çox ağır cavabını verəcək. Bu bəzi dövlətlər kimi sınıq-salxaq hərbi texnikasının nümayişi deyil. “Qardaş yumruğu”nun ən vacib məqsədi müasir texnikalardan peşəkar və bacarıqla istifadə etməyi formalaşdırmaq və hərbi müdaxilə yaranarsa, əməliyyatlarda birgə formada düşmənə sarsıdıcı zərbə vurmaq məqsədini güdür. Azərbaycan və Türkiyə ordusunun nə qədər güclü olduğunun şahidi olduq. Tədbirin sonunda hərbiçilərin təltif edilmə mərasimində Azərbaycanın Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın telefon vasitəsilə söylədikləri təbriklər bir daha hər iki ölkə liderinin bu təlimlərə yüksək dəyər verdiyinin göstəricisidir”.

//Safura Bənnayeva, Editor.az