Xəbər verdiyimiz kimi, Türkiyədə baş verən meşə yanğınlarının söndürülməsinə Azərbaycandan göndərilən yanğınsöndürənlər də cəlb olunub.
Editor.az “qafqazinfo”-ya istinadən xəbər verir ki, Türkiyənin Demirören Xəbər Agentliyi (DHA) azərbaycanlı yanğınsöndürənlərlə bağlı süjet hazırlayıb.
DHA mikrofonuna danışan FHN əməkdaşları qardaş ölkədə baş verən yanğının söndürülməsi üçün əllərindən gələni edəcəklərini bildiriblər.