“Qardaşım yanlış vurulmuş iynədən öldü” – Pərvinbackend

“Qardaşım yanlış vurulmuş iynədən öldü” – Pərvin

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aktrisa Pərvin Abıyeva illər əvvəl yaşadığı qardaş itkisindən danışıb.

Editor.az  “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu o, ilk dəfə “Özəl” verilişində etiraf edib. Abıyeva qardaşının həkim məsuliyyətsizliyi, yanlış vurulmuş iynədən həyatını itirdiyini deyib:

“Ailədə ortancılam. Məndən böyük bir bacım, özümdən altı yaş balaca bir qardaşım var. Bacımdan öncə rəhmətə getmiş bir qardaşım olub. Anam həmişə deyirdi ki, ona çox oxşayırsan”.

Aktrisa ikinci, üçüncü sinfə qədər saçının qısa olduğunu bildirib:

“Anam məni oğlan kimi böyüdürdü. Bir növ məndə onu görürdü. Anam saçımı özü kəsirdi. Elə bil o saç məni oğlan kimi böyüməyə məcbur edib. Mənim uşaqlığımı xatırlayan insan indi məni görəndə şoka düşür ki, sən oğlan uşağı olmusan”.