“Qardaşımı bıçaqlayanın bacısının toyunda oxumuşam” – Ülviyyəbackend

“Qardaşımı bıçaqlayanın bacısının toyunda oxumuşam” – Ülviyyə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün müğənni Ülviyyə Namazova “İncə səhər” verilişində qonaq olub.

Editor.az olay-a istinadla xəbər verir ki, o, ifaçı qardaşı Vüqar Namazovun bıçaqlanması hadisəsindən danışıb.

Ülviyyə zorakılıq etmiş qonşusunun bacısının toyunda çıxış edibmiş

“Hadisə baş verəndə Bakıda deyil idim. Rayonların birində toyda idim. Qardaşımı 3 gün əvvəl Binəqədidə qonşusu bıçaqlayıb. Hazırda “Semaşko” xəstəxanasındadır. Dünənə kimi o reanimasiya şöbəsində idi, çünki vəziyyəti ağır idi. Amma şükür ki, indi səhhəti normaldır.

O çoxlu qan itirib, çünki xəstəxanaya gec çatdırılıb. Onu vuran hadisə yerindən qaçıb. Onlar yaxşı münasibətdə olublar. Hətta qardaşımı vuran şəxsin bacısının toyunda mən iştirak etmişəm. Ola bilsin ki, içkili halda aralarında sözləri çəp düşüb”.