“Qardaşımın “Diqlas”la əlaqəsi yoxdur” – Deputatbackend

“Qardaşımın “Diqlas”la əlaqəsi yoxdur” – Deputat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Millət vəkili Adil Əliyev  qardaşı, Ədliyyə nazirinin müavini Məhərrəm Əliyevin adının ötən gün yanan “Diqlas” Ticarət Mərkəzində pay sahibi olması ilə bağlı yayılan məlumatlara reaksiya verib.
Editor.az xəbər verir ki, deputat Adil Əliyev Məhərrəm Əliyevin “Diqlas” və ümumiyyətlə heç bir ticarətlə bağlı obyektlərlə əlaqəsi olmadığını deyib:
“Məhərrəm Əliyevin “Diqlas” və ümumiyyətlə heç bir Ticarətlə bağlı obyektlərə, dolayısıyla əlaqəsi yoxdur. O ki qaldı dayımız oğlu Nadir Əzizova, onun TM-nin adı “Ramal”dı. Oda Əzizovlar ailəsinə məxsusdur. Hər kəsin obyekti, istər “Diqlas” istərsədə “ Ramal” , özlərinin sağlığına qismət olsun.
Bizim qürurumuz, namusumuz şərəfimizdi. Kimsə İstər bilərəkdən, istər bilməyərəkdən yalan məlumat yayırsa, onun namusu, vicdanı və şərəfi sual altındadır”.