Qardaşının qanına qəltan etdiyi müəllimənin FOTOLARIbackend

Qardaşının qanına qəltan etdiyi müəllimənin FOTOLARI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün Zaqatalada qardaşı tərəfindən güllələnərək öldürülən Natavan Əhmədovanın görüntüləri yayılıb.

Oxu.Az həmin fotonu təqdim edir:

 

Qeyd edək ki, qətlə yetirilən Natavan Əhmədova Yuxarı Tala kənd 2 saylı orta məktəbdə müəllim işləyib.

11:23

Zaqatalada kişinin müəllimə işləyən bacısını öldürməsinin yeni detalları məlum olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə qısqanclıq zəminində baş verib.

Atasının vəfatının 25-ci ildönümü mərasimi ilə bağlı Natavan Əhmədova valideyninin evinə gəlib, burada Nurlan Əsgərov qonaqların gözləri qarşısında bacısını güllələyib.

Məlum olub ki, hadisəni törədən N.Əsgərov narkotik istifadəçisidir. Onun üzərində məhkumluq var və elektron qolbaq daşıyır.

Qeyd edilib ki, N.Əsgərov əvvəllər də məhkumluq həyatı yaşayıb.

09:52

Zaqatalada baş verən dəhşətli qətlin bəzi təfərrüatı məlum olub.

APA-nın Şimal-qərb bürosunun əldə etdiyi məlumata görə, ilkin araşdırma zamanı məlum olub ki, hadisə Natavan Əhmədovanın ata yurdunda baş verib. Belə ki, həmin gün bacı-qardaş və yaxın qohumlar mərhumun atası Mövlud kişinin il mərasiminə toplaşıblar. Mərasimdə hələ ki məlum olmayan səbəbdən 35 yaşlı Nurlan Mövlud oğlu Əsgərov bacısı 44 yaşlı Natavan Əhmədovaya odlu silahdan atəş açıb. Hadisə zamanı ağır bədən xəsarətləri alan Natavan Əhmədova Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılarkən yolda dünyasını dəyişib.

08:52

Mayın 27-də saat 22 radələrində Zaqatala rayonu, Yuxarı Tala kəndi ərazisində 1980-ci il təvəllüdlü Natavan Əhmədovanın odlu silahdan açılmış atəş nəticəsində aldığı xəsarətdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Oxu.Az-a Zaqatala Rayon Prokurorluğundan bildirilib.

Araşdırma zamanı 1989-cu il təvəllüdlü Nurlan Əsgərovun aralarında yaranmış mübahisə zamanı bacısı Natavan Əhmədovanı odlu silahdan atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Nurlan Əsgərov iş üzrə şübhəli şəxs qismində tutulub.

00:48

Zaqatalada qardaşı tərəfindən öldürülən qadın müəllimə imiş.

Lent.az-ın əldə etdiyi məlumata görə, qətlə yetirilən Natavan Əhmədova Yuxarı Tala kənd 2 saylı orta məktəbdə müəllim işləyib.

23:50

Mayın 27-də saat 22 radələrində Zaqatala rayonunda 1980-ci il təvəllüdlü Natavan Mövləddin qızı Əhmədovanın odlu silahdan açılan atəşdən qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən N.Əhmədovanın qardaşı, 1989-cu il təvəllüdlü Nurlan Əsgərov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.