Qaret Beyl “Tottenhem”də!backend

Qaret Beyl “Tottenhem”də!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Tottenhem” London klubu Madrid “Real”ından Qaret Beyli transfer edib.

Yenisabah.az bildirir ki, bu barədə “Tottenhem”in rəsmi saytı məlumat yayıb.

Məlumata görə, Qaret Beyl bir illik icarəyə götürülüb. O,  klubda “9” nömrəli formanı geyinəcək.

Qaret Beyl icarə əsasında “Tottenhem”ə keçidini belə şərh edib:

“Geri qayıtmaq əladır. “Tottenhem” mənim üçün xüsusi bir klubdur. Burada tanındım. İnanılmaz azarkeşləri var. Ümid edirəm ki, oyun formamı bərpa edərək, komandaya kömək edə bilərəm və kuboklar qazanarıq. Həmişə “Real”dan ayrılsam, “Tottenhem”ə geri qayıtmağın əla olacağını düşünürdüm”.

Xatırladaq ki, 31 yaşlı yarımmüdafiəçi 2007-13-cü illərdə London təmsilçisində forma geyinib.