Qaribaşvilinin ardınca bütün hökumət istefaya gedəcək – YENİLƏNİB + FOTObackend

Qaribaşvilinin ardınca bütün hökumət istefaya gedəcək – YENİLƏNİB + FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin istefasından sonra parlament ölkənin yeni hökumətini təsdiq etməli olacaq.

Qanuna əsasən, Baş nazirin səlahiyyətləri onun istefası ilə dayandırılır, hökumət isə yeni Baş nazir təyin olunana qədər öz vəzifələrini yerinə yetirməyə davam edir.

Parlament iki həftə ərzində “Gürcü arzusu”nun irəli sürdüyü baş nazir namizədinin təklif etdiyi yeni hökuməti təsdiq etməli olacaq.

Parlamentdə hökumətin tərkibi ilə yanaşı, hökumət proqramı da təqdim olunacaq. Etibar qazanmaq üçün yeni hökumət 76 deputatın dəstəyini almalıdır.

Mənbə: apsny.ge

17:23

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili istefa verib.

İrakli Qaribaşvili bu barədə keçirdiyi xüsusi brifinqdə açıqlama ilə çıxış edib.

O, gələcəklə bağlı planlardan danışarkən qeyd edib ki, hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının sədri vəzifəsini tutmaq təklifini qəbul edib və gələcək siyasi fəaliyyətini partiyada davam etdirəcək.

Mənbə: Sputnik Gürcüstan

15:28

Gürcüstanın hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının keçirəcəyi son qurultayda mühüm siyasi dəyişiklik baş verəcək.

Bu barədə Gürcüstan mətbuatı xəbər verib.

Belə ki, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili və hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyasının sədri İrakli Kobaxidze fevralın 1-də partiyanın qurultayında mövqe mübadiləsi aparacaqlar.

Bununla da “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyasının sədri İrakli Kobaxidze Gürcüstanın baş naziri olacaq.

Hazırkı Baş nazir İrakli Qaribaşvili isə “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyasının sədri vəzifəsini icra edəcək.

Məlumat üçün əlavə edək ki, İrakli Kobaxidze 2000-ci ildə Tbilisi Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 2002-ci ildə Gürcüstan Elmlər Akademiyasının Dövlət və Hüquq İnstitutunda doktorluq dərəcəsi alıb. 2005 və 2006-cı illərdə Düsseldorf Universitetində hüququn fəlsəfəsi ixtisası üzrə doktor dərəcəsinə layiq görülüb.