Qarlı hava şəraiti Xızıda nəqliyyatın hərəkətində çətinlik yaradıb – VİDEObackend

Qarlı hava şəraiti Xızıda nəqliyyatın hərəkətində çətinlik yaradıb – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarlı və küləkli hava şəraiti Xızıda nəqliyyatın hərəkətinə çətinlik yaradıb.

Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Güclü külək nəqliyyat vasitələrinin yollarda hərəkətini çətinləşdirib.

RPŞ-nin Dövlət Yol Polisi bölməsinin əməkdaşları yollarda hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etmək məqsdilə gücləndirilmiş iş rejiminə keçib.

Rayon ərazisində baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının dərhal alınması istiqamətində zəruri qabaqlayıcı tədbirlər görülüb.

Bundan əlavə şöbə əməkdaşları qarlı və buzlu yollara qum və duz səpilməsi prosesinə ciddi nəzarət edir, yollarda qalmış və köməyə ehtiyacı olan vətəndaşlara bütün lazımi köməklikləri göstərirlər.