Qarlı havaya görə təcili yardıma müraciət edənlərin sayı 179 nəfərə çatıbbackend

Qarlı havaya görə təcili yardıma müraciət edənlərin sayı 179 nəfərə çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarlı hava şəraiti ilə əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə indiyədək 179 nəfər müraciət edib.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, müraciət edənlərdən 89-u qadın, 90-ı kişidir:

“Müraciət edən 171 nəfər müxtəlif travmalarla müvafiq tibb müəssisələrinə hospitalizasiya olunub, 8 nəfərə isə yerində yardım edilib”.