Qarşıdakı 10 il ərzində NATO ölkələri müdafiə xərclərini artırmağı düşünürbackend

Qarşıdakı 10 il ərzində NATO ölkələri müdafiə xərclərini artırmağı düşünür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bütün NATO ölkələri qarşıdakı 10 il ərzində müdafiə xərclərini ÜDM-in 5%-ə çatdırmağa razı olacaqlar.

Editor.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio “Fox News”a bildirib. Onun sözlərinə görə, NATO-nun Haaqada keçiriləcək yay sammitinə qədər (24-25 iyun) bütün alyans ölkələri müdafiə xərclərini ÜDM-in 2%-i və ya daha çox, bəziləri isə 4%-i keçəcək qədər artıracaqlar.

Daha əvvəl Reuters agentliyi mənbələrə istinadən xəbər vermişdi ki, NATO-nun baş katibi Mark Rutte blokun üzvlərinə hərbi xərclərin ümumi daxili məhsulun 5%-nə qədər artırılması planını təklif edib. Plan müdafiə xərclərinin 3,5%-ə, təhlükəsizliklə bağlı digər xərclərin isə 1,5%-ə qədər artırılmasını nəzərdə tutur.

//Samir Qurbanov, Editor.az