Pakistanın müdafiə naziri Xavaca Asif Hindistan-Pakistan münaqişəsində qarşıdakı iki-dörd günü “həlledici” adlandırıb. Onun sözlərini Pakistanın “Dawn” qəzeti sitat gətirir.
“Bir şey olacaqsa, iki-üç günə baş verəcək. “Birbaşa təhlükə var.”
Cənab Asif əlavə edib ki, müharibənin “qarşısını almaq olar” və Çin, Səudiyyə Ərəbistanı və digər Körfəz ölkələri münaqişənin baş verməsinin qarşısını almaq üçün çalışırlar.
Xatırladaq ki, aprelin 22-də Hindistanın Cammu və Kəşmir əyalətində yaraqlıların turistlərə atəş açmasından sonra 26 nəfər ölüb. Hindistan hücumda Pakistanı günahlandırır, o da öz növbəsində hər hansı bir əlaqəni inkar edir və müstəqil araşdırma aparılmasını tələb edir.
//Samir Qurbanov, Editor.az