Qasım Comərd Tokayevi öldürməyə hazırlaşan şəxs tutulubbackend

Qasım Comərd Tokayevi öldürməyə hazırlaşan şəxs tutulub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstanda prezident Qasım-Comart Tokayevə qarşı sui-qəsd hazırlayan və xarici kəşfiyyata işlədiyi iddia edilən Qazaxıstan vətəndaşı saxlanılıb.

Bu barədə Editor.az “Tengrinews.kz”saytına istinadən xəbər verir. Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin (QMTK) mətbuat xidmətinin yaydığı həmin xəbərə görə, martın 25-də Nur-Sultanda QMTK-nin əks-kəşfiyyatı Qazaxıstan prezidentinə və bir sıra yüksək rütbəli şəxslərə qarşı sui-qəsd planlaşdırdığı iddia edilən “xarici kəşfiyyat agenti”, Qazaxıstan Respublikası vətəndaşı “A”nı saxlayıb.

Onun xüsusi və hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı terror aktları planlaşdırdığı da bildirilir. Axtarış nəticəsində onun üzərində xaricdə istehsal olunan səsboğucu snayper tüfəngi, narkotik vasitə və külli miqdarda pul ələ keçirilib. Məlumatda bildirilir ki, silahlar peşəkar maskalanmış formada hissə-hissə Qazaxıstana gətirilib. Verilən məlumatda o da bildirilir ki, “A” agenti sosial şəbəkələrdə müvafiq materiallar dərc etməklə Qazaxıstan Respublikasında anti-Rusiya təbliğatı ilə məşğul olub və cəmiyyətdə “rusofob baxışlar” yaratmağa çalışıb.

İlkin araşdırma zamanı Qazaxıstan Respublikasının vətəndaşı yuxarıda göstərilən əməlləri xarici dövlətin göstərişi və maraqları naminə həyata keçirdiyini etiraf edib. Faktla bağlı Qazaxıstan QMTK-i Qazaxıstan Respublikası Cinayət Məcəlləsinin 24-cü maddəsinin “cinayətə hazırlıq və cinayətə cəhd” maddəsinin 1-ci hissəsi və 255-ci maddəsinin “terror aktı”nın 4-cü hissəsi ilə araşdırmalara başlayıb.

  Editor.az