Qasım-Jomart Tokayev İrəvana gedəcəkbackend

Qasım-Jomart Tokayev İrəvana gedəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan və Qazaxıstan liderləri telefonla danışıblar.

Editor.az xəbər verir ki, söhbət zamanı Qasım-Jomart Tokayev ikitərəfli münasibətlərin mütərəqqi inkişaf etdiyini, möhkəmlənməsinə iki dövlətin hökumətləri və parlamentləri səviyyəsində fəal siyasi dialoq və qarşılıqlı fəaliyyətin kömək etdiyini qeyd edib, mədəni-humanitar əməkdaşlığın dinamik şəkildə inkişaf etdiyini bildirib.

Bundan əlavə, Qazaxıstan lideri Aktaudan İrəvana hava əlaqəsinin başlanmasına müsbət qiymət verib. Onun sözlərinə görə, bu uçuşların başlanması sayəsində ölkələr arasında biznes sahəsində əlaqələr əhəmiyyətli dərəcədə intensivləşib, turist axını artıb. Paşinyan və Tokayev ikitərəfli əlaqələrin inkişafı üçün gələcək istiqamətləri də nəzərdən keçiriblər. Onlar həm nəqliyyat-logistika, həm də ticarət sahəsində yaradılacaq. Paşinyan Tokayevi irəvana rəsmi səfərə dəvət edib. Dəvət qəbul olunub.

//Samir Qurbanov, Editor.az