Azərbaycan və Qazaxıstanı səmimi hisslər birləşdirir.
Editor.az xəbər verir ki, bunu Qazaxıstan Respublikasının Prezidenti Qasım-Jomart Tokayev Qazaxıstan Xalqları Assambleyasının XXXIV sessiyasında çıxışı zamanı deyib. O xatırladıb ki, ölkələrimizi qədim zamanlardan Xəzər birləşdirib. Tokayev vurğulayıb ki, Bakı və Astana arasında münasibətlərdə sülh və sabitlik taleyin hədiyyəsi deyil, bu, tərəflərin birliyi və birgə səyləri nəticəsində mümkün olub.
Qazaxıstan dövlət başçısının sözlərinə görə, buna bariz nümunə Aktau yaxınlığında AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı vəziyyət olub. Tokayev xatırladıb ki, Qazaxıstan vətəndaşları yaralılara yardım etməyə can atıb, kütləvi şəkildə qan verib, bunun üçün növbələrə dayanıb, Azərbaycan səfirliyi önünə gül dəstələri düzüblər.“Bütün dünya xalqımızın birliyinə və fədakarlığına heyran qalıb”, – Qasım-Jomart Tokayev qeyd edib.
//Samir Qurbanov, Editor.az